
İspaniya hakimiyyəti özlərinə məxsus dörd “Hawk” hava hücumundan müdafiə sistemini Ukraynaya göndərmək niyyətindədir.
Yeniavaz.com “iz.ru”ya istinadla xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq alyansın müdafiə nazirlərinin görüşündən sonra keçirilən brifinqdə deyib.
“Mən İspaniyanın Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək üçün dörd “Hawk” buraxılış qurğusu göndərmək barədə açıqlamasını alqışlayıram. Bu yardım NATO üzvlərinin son həftələrdə Kiyevə göndərdiyi artilleriya, hava hücumundan müdafiə və zirehli texnikalara əlavə olacaq”, - deyə o bildirib.
Tətbiqimizi yükləyə bilərsiniz