
Ermənistan Dövlət Gəlirləri Komitəsi Krım körpüsünü partladan yük maşının görüntülərini yayıb.
Yeniavaz.com “Sputnik Armenia”ya istinadla xəbər verir ki, görüntülərdə yük maşının ölkə ərazisinə girişi, yoxlanışı və ölkədən çıxışı əks olunub. Kadrlarda yük maşını rentgen yoxlanışından keçir. Daha sonra gömrükçülər ona keçid icazəsi verirlər.
Yük maşının sentyabrın 27-də Gürcüstandan Ermənistanın “Baqrataşen” nəzarət-buraxılış məntəqəsinə daxil olduğu qeyd olunub.
Tətbiqimizi yükləyə bilərsiniz