Yoluxanların sayı açıqlandı


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 81 yeni yoluxma faktı qeydə alınıb, 48 nəfər müalicə olunaraq sağalıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bildirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.
Azərbaycanda indiyədək ümumilikdə 822427 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 811998 nəfər müalicə olunaraq sağalıb, 9931 nəfər vəfat edib, aktiv xəstə sayı 498 nəfərdir. Ölkədə son sutka ərzində 2 443, hazırkı dövrədək isə 7282773 test aparılıb.
Bundan əlavə Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 942 vaksin vurulub.
Məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 334, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 165, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 379, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 64 nəfərdir.
Vurulan vaksinlərin ümumi sayı 13 900 619, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 386 352, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 869 401, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 382 536, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 262 330 nəfər təşkil edir.

DİGƏR XƏBƏRLƏR

Top