Astanadakı görüşdə masalardakı "Turan" suları nəyəsə işarədir? - Fotolar


Xəbər verdiyimiz kimi, bu gün Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 6-cı Zirvə Toplantısının plenar iclası keçirilib.
Yeniavaz.com
xəbər verir ki, iclas zamanı masaların üzərinə qoyulan suyun markası sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Belə ki, istər plenar iclasda, istərsə də liderlərin təkbətək görüşlərində masaların üzərinə “Turan” markalı sular qoyulub.
Sosial şəbəkələrdə bunun hər hansı siyasi mesaj olması ilə bağlı bəzi fikirlər, iddialar səsləndirilib.
Məlumat üçün bildirək ki, Azərbaycan və İran Prezidentlərinin təkbətək görüşündə də “Turan” sularından istifadə olunub.
Qeyd edək ki, Qazaxıstanda daha əvvəl də dövlət səviyyəli mərasimlərdə masaların üzərinə “Turan” suları düzülüb.

DİGƏR XƏBƏRLƏR

Top