
Azərbaycan Yazıçılar Birliyinin qurultayının keçiriləcəyi məkan və vaxt dəqiqləşib.
Yeniavaz.com xəbər verir ki, Birliyin yaydığı məlumata görə, qurultay 26 oktyabr saat 10:00-da, Akademik Milli Dram Teatrında keçiriləcək.
Qeyd olunub ki, qurultayda Türkiyə, Rusiya, Litva, İsrail, Pakistan, Gürcüstan, Almaniya, İraq, Belarus və İrandan iyirmidən çox qonaq iştirak edəcək.
Tətbiqimizi yükləyə bilərsiniz