
ABŞ yanacaq tədarükü baxımından Avropa üçün qışın sərt keçəcəyini başa düşür və bu istiqamətdə kömək etmək öhdəliyi götürür.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə oktyabrın 12-də Ağ Evin mətbuat katibi Karine Jan-Pyer məlumat verib.
“Biz Avropaya neft tədarükünü şaxələndirməyə kömək etməkdə çox maraqlıyıq. Avropa İttifaqı (Aİ) bu məsələni araşdıran işçi qrupu hazırlayıb. Anlayırıq ki, qış ayları yaxınlaşır, Avropada qışın nə qədər sərt olacağını başa düşürük”, - deyə o qeyd edib.
Xatırladaq ki, Ukrayna ətrafında baş verən gərginlik fonunda Rusiyadan Avropaya axan qaz dayandırılıb.
Tətbiqimizi yükləyə bilərsiniz