Nikol Paşinyan Araiklə görüşdü


Ermənistan Baş naziri Nikol Paşinyan bu gün – oktybarın 12-də Qarabağdakı qondarma rejimin “rəhbəri” Arayik Arutyunyanla görüşüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Azadlıq radiosu”na Ermənistan hökumətinin İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Armen Xaçatryan məlumat verib.
Xaçatryan əlavə şərh vermədən belə görüşlərin vaxtaşırı olduğunu bildirib.
Baş nazirin rəsmi saytına görüş barədə məlumat və ya fotoşəkil yerləşdirilməyib.
Bundan əvvəl Ermənistan KİV-də məlumat yayılmışdı ki, Araik Arutyunyan Paşinyanla görüşmək üçün üç gün Yerevanda gözləyib.

DİGƏR XƏBƏRLƏR

Top