
Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstana dövlət səfəri oktyabrın 12-də başa çatıb. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Bişkek şəhərinin “Manas” Beynəlxalq Hava Limanında İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezidenti Qırğızıstan rəhbəri Sadır Japarov yola salıb.
Yeniavaz.com xəbər verir ki, Prezident daha sonra Qazaxıstana yola düşüb.
Prezident İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısının plenar iclasında və MDB Dövlət Başçılarının iclasında iştirak etmək üçün oktyabrın 12-də Qazaxıstan Respublikasına işgüzar səfərə gedib.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Nursultan Nazarbayev adına Beynəlxalq Hava Limanında dövlətimizin başçısını Qazaxıstanın Baş naziri Əlixan Smailov və digər rəsmi şəxslər qarşılayıblar.
Tətbiqimizi yükləyə bilərsiniz