
Masallı rayonunun Ərkivan qəsəbəsində ümumi sahəsi 288 m² (hər mərtəbəsi 144 m²) olan ikimərtəbəli evin 1-ci mərtəbəsinin yanar konstruksiyaları 80 m² sahədə və 2-ci mərtəbəsinin yanar konstruksiyaları 70 m² sahədə yanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Tətbiqimizi yükləyə bilərsiniz