Krımdakı partlayışın iştirakçıları açıqlandı - Ermənistan vətəndaşı da var


“Krım körpüsündə terror aktının təşkilatçısı Ukrayna hərbi kəşfiyyatının rəhbəri Kirill Budanovdur, partlayıcı maddələr Odessadan Bolqarıstan, Gürcüstan və Ermənistan vasitəsilə çatdırılıb”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə TASS-a Rusiya Federal Təhükəsizlik Xidmətinin İctimaiyyətlə Əlaqələr Mərkəzindən məlumat verilib.
“Federal Təhlükəsizlik Xidməti İstintaq Komitəsi ilə birlikdə Krım körpüsündə terror aktının təşkilatçısının Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi, onun rəhbəri Kirill Budanov, əməkdaşları və agentləri olduğunu müəyyən edib. Hazırda cinayət işi çərçivəsində cinayətin hazırlanmasında iştirak etmiş beş Rusiya, üç Ukrayna və bir Ermənistan vətəndaşı saxlanılıb”, - məlumatda bildirilib.
Qeyd edilib ki, partlayışın hazırlanmasında iştirak edən ən azı 12 şəxs müəyyən edilib:
“Ukrayna vətəndaşları 1975-ci il təvəllüdlü Tsyurkalo Mixail Vladimiroviç, 1979-cu il təvəllüdlü Kovaç Denis Oleqoviç, 1971-ci il təvəllüdlü Solomko Roman İvanoviç, Gürcüstan vətəndaşları İnosaridze Sandro, Levan adlı broker və Ermənistan vətəndaşı 1985-ci il təvəllüdlü Terçanyan Artur Bolqarıstandan Poti limanına (Gürcüstan), oradan isə Ermənistana yük daşımalarının təşkilinə cəlb edilib”.

DİGƏR XƏBƏRLƏR

Top