Aİ Azərbaycan-Ermənistan sərhədinə missiya göndərir - KİV


Avropa İttifaqına üzv ölkələrin səfirləri etimadı gücləndirmək və delimitasiyaya töhfə vermək məqsədi ilə Ermənistan-Azərbaycan sərhədinə mülki missiyanı göndərməyə razılaşıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə “Azadlıq Radiosu”nun erməni xidməti diplomatik mənbələrinə istinadla məlumat yayıb. Bildirilib ki, bu barədə qərar Siyasi və Təhlükəsizlik Komitəsinin qapalı formatda keçirilən iclasında qəbul edilib. Hazırda qərarın təfərrüatları müzakirə edilir.

DİGƏR XƏBƏRLƏR

Top