
Şakira sosial media hesabında İranda öldürülən 22 yaşlı Məhsa Əmininin fotosunu paylaşıb.
Yeniavaz.com xəbər verir ki, o fotoya "Ürəyim Məhsa Əmininin ailəsi, İranın qadın və məktəbli qızları və ifadə azadlığı uğrunda mübarizə aparan bütün insanlarladır" sözlərini əlavə edib.
Xatırladaq ki, Məhsa Əmini adlı 22 yaşlı gənc qız İranın “Əxlaq” polisi tərəfindən saxlanıldıqdan sonra həyatını itirib. Bundan sonra baş verən zorakılığa qarşı ölkə ərazisində genişmiqyaslı etirazlar başlayıb.
Tətbiqimizi yükləyə bilərsiniz