Bakıda səhv quraşdırılmış nişana görə sürücülər cərimələnir? - Video


Bakıda hərəkətin təşkilində olan qüsura görə sürücülər cərimələnir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə bir neçə nəfər Avtosfer.az-a müraciət edib.
Onlar bildirir ki, paytaxtın Qurban Xəlilov küçəsində hərəkətin təşkilində olan nöqsana görə sürücülər haqsız olaraq cərimələnir. Belə ki, Qurban Xəlilov küçəsinin - İsmayıl bəy Qutqaşınlı küçəsi ilə kəsişməsində düzünə və sola məcburedici nişan quraşdırılıb. İ.Qutqaşınlı küçəsinin ikitərəfli olmasına baxmayaraq, sağa dönən sürücülər məsuliyyətə cəlb edilir.
Sürücülər bildirib ki, həmin yolayrıcından sağa dönmək hərəkət iştirakçılarına hər hansı problem yaratmır. Bununla belə hərəkətin düzünə və sola məcburedici nişanla tənzimlənməsi anlaşılan deyil.
Bakı Nəqliyyat Agentliyindən Yeniavaz.com-un sorğusuna cavab olaraq bildirilib ki, sözügedən hal araşdırılır.

DİGƏR XƏBƏRLƏR

Top