Yeni Zelandiya Vahid Ələkbərova sanksiya tətbiq etdi


Yeni Zelandiya Rusiyanın 75 vətəndaşını, o cümlədən “Lukoyl” şirkətinin keçmiş prezidenti və sabiq baş icraçı direktoru Vahid Ələkbərovu sanksiya tətbiq olunan şəxslərin siyahısına salıb.

Yeniavaz.com
kommersant-a istinadən xəbər verir ki, Yeni Zelandiya Rusiyaya qarşı sanksiyaları genişləndirib. Sanksiya siyahısına Rusiyanın 75 vətəndaşı və iki şirkəti əlavə olunub. Onlardan 24-ü məmurdur. Rusiya rəsmiləri Ukrayna bölgələrinin ilhaqı ilə əlaqədar sanksiyaya məruz qalıblar.
Məlumata görə, siyahıya V.Ələkbərovla yanaşı “Qazprombank”ın İdarə Heyətinin sədri Andrey Akimov, “Vneşekonombank”ın sədri Sergey Qorkov, “Rosoboroneksport”un baş direktoru Aleksandr Mixeyev, “Novatek”in İdarə Heyətinin sədri Leonid Mixelson, “Norilsk Nikel”in prezidenti Vladimir Potanin və başqaları daxildir.
Yeni Zelandiyanın ticarət naziri Damien O'Konnor bildirib ki, aprel ayından Rusiya ilə bu ölkə arasında ticarət artıq əhəmiyyətli dərəcədə azalıb. Həmçinin, Rusiyadan Yeni Zelendiyaya idxal da 75 faiz azalıb:
“Bugünkü əlavə məhdudiyyətlər Rusiyaya verdiyimiz mesajı daha da gücləndirəcək. Biz Rusiya hərbi maşınını maliyyələşdirməyəcəyik və ya dəstəkləməyəcəyik”.
Qeyd edək ki, 2022-ci ilin martından etibarən Rusiya hökuməti üçün strateji və ya iqtisadi əhəmiyyət kəsb edən 1000-dən çox fiziki və hüquqi şəxsə qarşı sanksiyalar tətbiq edilməyə başlanıb.
“Rusiyadakı yeni zelandiyalılar sanksiya altında olan şirkətlərin xidmətlərindən zərurət yaranarsa şəxsi və ya məişət məqsədləri üçün, məsələn, kommunal xidmətlər üçün istifadə etməyə davam edə bilərlər”, - Yeni Zelandiya Xarici İşlər Nazirliyi bildirib.

DİGƏR XƏBƏRLƏR

Top