Zaporojyeyə 12 ədəd S-300 atıldı, ölən var - Yenilənib


Ukraynanın Zaparojye vilayətində ictimai obyektlərə 12 ədəd S-300 raketi atılıb.
Yeniavaz.com
xəbər verir ki, bunu Zaparojye vilayəti Hərbi Administrasiyasının rəhbəri Aleksandr Starux deyib.
O bildirib ki, avtosalonlara 2 raket düşüb, nəticədə 1 nəfər ölüb:
"Raket hücumu nəticəsində yanğın baş verib, təcili xidmət əməkdaşları onu söndürə bilib.
Digər raketlər məktəbə düşüb. Məktəbə və ambulatoriyaya ziyan dəyib".




***09:52
Rusiya Ukraynanın Zaporojye vilayətini raketlərlə vurub.
Yeniavaz.com
UNIAN-a istinadla xəbər verir ki, bu barədə vilayətin Hərbi Administrasiyasının rəhbəri Aleksandr Starux teleqramda məlumat yayıb.
"İşğalçı rayon mərkəzinə raket zərbələri endirib. Düşmənin hədəfləri infrastruktur obyektləri olub. Dağıntı və zərərçəkənlər barədə məlumat dəqiqləşdirilir. Sığınacaqlarda qalın!", - Starux bildirib.
Qeyd olunub ki, bölgədə hava hücumu hələ də davam edir.
Xatırladaq ki, son iki gün ərzində ruslar Ukraynada yaşayış məskənlərini atəşə tutur. Xeyli sayda mülki insan ölüb və ya xasarət alıb. Ölənlərin sayının artacağı istisna olunmur.

DİGƏR XƏBƏRLƏR

Top