
Moldovanın Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyi Rusiya qanadlı raketlərinin respublikanın hava məkanını pozduğunu bildirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat nazirliyin yaydığı bəyanatda öz əskini tapıb.
“Qara dənizdə Rusiya hərbi gəmilərindən atılan üç qanadlı raket ölkəmizin Kolbasna kəndi və Soroka şəhəri yaxınlığından keçib. Milli hava məkanımızın pozulması tamamilə yolverilməzdir”, - bəyanatda bildirilib.
Tətbiqimizi yükləyə bilərsiniz