Rusiya və Belarus birgə ordu qruplaşması yaradır


Aleksandr Lukaşenko bildirib ki, o, Rusiya prezidenti Vladimir Putinlə birgə regional qoşun qrupunun yerləşdirilməsi barədə razılığa gəlib.
Yeniavaz.com
“Belta”ya istinadla xəbər verir ki, bu barədə Belarusun dövlət başçısı təhlükəsizlik məsələləri üzrə iclasda bildirib.
Onun sözlərinə görə, Belarus və Rusiya ölkənin qərb sərhədlərində gərginliyin artmasına cavab olaraq birgə hərbi qüvvələr yerləşdirəcəklər.
Bu qərarın Sankt-Peterburqda MDB-nin qeyri-rəsmi sammitindən sonra liderlərin təkbətək görüşü zamanı qəbul edildiyi bildirilir.

DİGƏR XƏBƏRLƏR

Top