Ukrayna Müdafiə Nazirliyi: "Bunun qisasını alacağıq!"


“Terrorçu ölkə Rusiya Ukraynaya raketlərlə hücum edib”.
Yeniavaz.com
xəbər verir ki, bu, Ukrayna Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd olunur.
“Bir çox rayon mərkəzlərində çoxsaylı partlayışlar qeydə alınıb. Kiyev kütləvi raket hücumlarına məruz qalıb. Mülki infrastruktur obyektlərinə hücum edilib.
Ölkə daxilində hava xəbərdarlığı davam edir. İnsan tələfatı və dağıntılar var. Rusiya Federasiyasının terror hərəkətləri dinc mülki əhaliyə qarşı yönəlib.
Düşmən torpağımıza gətirdiyi ağrının, ölümün cəzasını alacaq!
Biz qisas alacağıq!”, - Nazirliyin yaydığı məlumatda deyilir.

DİGƏR XƏBƏRLƏR

Top