Ukrayna Krım körpüsündəki partlayışı təşkil etdiyini təsdiqlədi


Ukraynanın yüksək rütbəli məmuru Krım yarımadasını Rusiya ilə birləşdirən yeganə körpünün partladılması ilə bağlı NYT-yə (The New York Times) açıqlama verib.
Yeniavaz.com
xəbər verir ki, o, Rusiyanın hücumun arxasında Ukraynanın dayandığına dair xəbərlərini təsdiqləyib.
Hökumətin partlayışla bağlı müzakirələrə qadağa qoyması səbəbindən adının açıqlanmasını istəməyən rəsmi əlavə edib ki, Ukraynanın kəşfiyyat orqanları körpüdən keçən yük maşınına yüklənmiş bombadan istifadə edərək partlayışı təşkil edib.
Qeyd edək ki, şənbə günü – oktyabrın 8-də işğal altındakı Krım yarımadasını Rusiya ilə birləşdirən yeganə körpüdə güclü partlayış baş verib və nəticədə Ukraynanın cənubunda döyüşən rus qoşunları üçün ən mühüm təchizat xətti sıradan çıxarılıb. Partlayış və yanğın nəticəsində Kerç boğazındakı körpünün bir hissəsi dənizə uçub və ən azı üç nəfər həlak olub.

DİGƏR XƏBƏRLƏR

Top