PKK-nın “səhiyyə komitəsinin” rəhbəri zərərsizləşdirildi


Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) İraqın şimalında keçirdiyi əməliyyatda terror təşkilatı PKK-nın “səhiyyə komitəsinin” rəhbəri “Ökkeş Deveri” kod adlı Kendal Pirsus və mühafizəçisi zərərsizləşdirilib.
Yeniavaz.com
Türkiyə mətbuatına istinadla xəbər verir ki, MİT üzvlərinin təqib etdiyi Deveri və mühafizəçisi, PKK-nın “xüsusi təyinatlı”larından Kemal Pir kod adlı Kayhan Kartal Şimali İraqın Qara bölgəsində keçirilən dəqiq əməliyyatla zərərsizləşdirilib.
Təhlükəsizlik mənbələrindən alınan məlumata görə, terrorçu Deveri universitetdə sağlamlıq təhsili aldığı illərdə təşkilatın şəhər strukturunda xidmət edib.
2010-cu ildə təhsilini yarıda qoyub və terror təşkilatı PKK-nın kəndlərdəki qruplaşmalarına qo.ulub.
Deveri təşkilatın rəhbərliyi tərəfindən 2021-ci ildə Şimali İraqın Qara bölgəsində “səhiyyə komitəsi”nin məsul şəxsi təyin edilib.

DİGƏR XƏBƏRLƏR

Top