Ruslar Zaporojyeni bombaladı - 17 nəfər öldü


Rusiya Ukraynanın Zaporojye vilayətini bombalayıb.
Yeniavaz.com
UNIAN-a istinadla xəbər verir ki, gecə edilən raket hücumu nəticəsində şəhərdə yaşayış binaları və küçələr dağılıb.
Bu barədə  Zaporojye Şəhər Şurasının katibi Anatoli Kurtev məlumat verib.
"İlkin məlumatlara görə, 5 fərdi yaşayış evi dağılıb, 40-a yaxın evə ziyan dəyib. Hazırda 17 nəfərin öldüyü məlumdur".
Qeyd olunur ki, ölənlərdən biri uşaqdır:
“21 nəfər xilas edilib, onlardan 12 nəfər xəstəxanaya yerləşdirilib”.
Xatırladaq ki, bu ilin fevral ayında Rusiyanın Ukraynada genişmiqyaslı hərbi əməliyyatı başlayandan bəri Zaporojye vilayətinin böyük bir hissəsi işğal edilib. Bölgənin ən böyük şəhərləri - Berdyansk, Melitopol, Tokmak, Enerqodar hələ də işğal altındadır. Vilayətin regional mərkəzi Ukraynanın nəzarəti altındadır.

DİGƏR XƏBƏRLƏR

Top