Yaşayış binasındakı partlayışda bir nəfər yaralanıb - Video+Yenilənib


Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsində beşmərtəbəli yaşayış binasında baş vermiş yanğında 1 nəfər yüngül xəsarət alıb, ölüm yoxdur. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Ərazidə Daxili İşlər Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən zəruri tədbirlər görülür. Sakinlərin təhlükəsizliyi təmin edilib. 
Yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində qısa müddət ərzində məhdudlaşdırılıb.

***8 oktyabr, saat 23:50
Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsində beşmərtəbəli yaşayış binasında baş vermiş yanğın söndürülüb.

Yeniavaz.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində qısa müddət ərzində məhdudlaşdırılıb.

***23:38
Bakının Nizami rayonunda partlayış baş verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.
Bildirilir ki, hadisə Nizami rayonu, Qara Qarayev metrostansiyasının yaxınlığında yerləşən beşmərtəbəli binanın dördüncü mərtəbəsində yerləşən evlərdən birində olub.
Yayılan görüntüləri təqdim edirik:

DİGƏR XƏBƏRLƏR

Top