Kiber üsulla kartdan pul oğurlayan şəxs saxlanıldı - Video


Vətəndaşın bank kartından 723 manat pulu kiber üsulla talayan şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.

Bu barədə Yeniavaz.com-a DİN-in Mətbuat xidmətindən bildirilib.
Polisin keçirdiyi əməliyyat-texniki tədbirlərlə 1999-cü il təvəllüdlü Orxan Quliyev saxlanılaraq istintaqa cəlb edilib.
Araşdırmalar davam etdirilir.
Onun əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, polisə müraciət etmələri tövsiyə olunur.

DİGƏR XƏBƏRLƏR

Top