Putindən Kerç boğazı ilə bağlı qərar


Rusiya Prezidenti Vladimir Putin Kerç boğazında nəqliyyat keçidinin, elektrik şəbəkəsi enerji körpüsünün və magistral qaz kəmərinin mühafizəsinin gücləndirilməsi haqqında fərman imzalayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumat Kremlin saytında dərc olunub.
Fərmana əsasən, mühafizə üzrə tədbirlərin təşkili və əlaqələndirilməsi səlahiyyəti Rusiya Federal Təhlükəsizlik Xidmətinə həvalə edilib.
Qeyd edək ki, Kerç boğazı Şərqi Avropada yerləşən boğazdır. Qərbdə Krımın Kerç yarımadasını şərqdə Rusiyanın Krasnodar diyarının Taman yarımadasından ayıraraq Qara dəniz və Azov dənizini birləşdirir. Boğazın eni 3,1 kilometrdən 15 kilometrə, dərinliyi isə 18 metrə qədərdir.

DİGƏR XƏBƏRLƏR

Top