Ukraynada azərbaycanlıların avtomobili atəşə tutuldu, dörd nəfər həlak oldu - Yenilənib


Ukraynada Zərdab sakinləri öldürülüb.

Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, ölənlərin qohumu İsaməddin Əhmədov bildirib ki, hadisə Donetsk şəhərində baş verib.

O bildirib ki, əslən Zərdab rayonunun Məmmədqasımlı kəndindən olan Gülağa Həsən oğlu Uğurliyev, qardaşı Fəqan Uğurliyev və adı məlum olmayan daha 2 nəfər atəş altına düşüb.

İsaməddin Əhmədov qeyd edib ki, bazarda alverlə məşğul olan həmyerlilərimiz Donetskdən yük avtomobili ilə mal alıb qayıdarkən atəşə tutulublar. Nəticədə həmyerlilərimiz hadisə yerində ölüb. Hadisənin necə baş verdiyi dəqiqləşdirilir.

Meyitlər hazırda Ukraynadadır, Zərdab rayonuna gətirilməsi üçün iş aparılır.


***14:30

Rusiyadan Ukrayana keçmək istəyən azərbaycanlıların avtobusunun partladıldığı iddia edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə hüquqşünas Aqil Layıc sosial şəbəkə hesabında paylaşım edib.
“Rusiya quldurları Ukrayna tərəfə keçmək istəyən azərbaycanlıları daşıyan avtobusu partladıb. Xeyli sayda ölənlər var. Daha çox Zərdab rayonundan olan həmvətənlərimiz həlak olub. Zərdabın tək bir kəndindən 4 nəfər öldürülüb. Hamısı da dolanışıq üçün rus torpaqlarına gedənlərdir. Ölkədən dolanışıq üçün qaçasan və axırda da belə faciə ilə üzləşəsən”, - paylaşımda bildirilib.
A.Layıc qeyd edib ki, azərbaycanlılar Rusiyada həyata keçirilən qismən səfərbərlikdən yayınmaq üçün Ukraynaya keçmək istəyiblər.
Sosial şəbəkələrdə yayılan məlumata görə, ölən 4 nəfər Zərdab rayonunun Məmmədqasımlı kəndindən olan azərbaycanlılardır.
Məsələ ilə bağlı Xarici İşlər Nazirliyinin rəsmisi Leyla Abdullayeva Yeniavaz.com-a bildirdi ki, bu məlumat hələ ki öz təsdiqini tapmayıb.

DİGƏR XƏBƏRLƏR

Top