Bakıda “MilliÖn” aparatı oğurlandı


Bakıda “MilliÖn” ödəmə terminalından oğurluq olub.
Yeniavaz.com
DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, Sabunçu RPİ 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində M.Ə.Sabir küçəsində yerləşən, içərisində 5405 manat olan “MilliÖn” ödəmə terminalını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Roman Abbasov və Saleh Nağızadə müəyyən olunaraq saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top