Təmirlə əlaqədar bəzi marşrutların hərəkət yolu dəyişdirilir - Siyahı


09.10.2022- ci il tarixdə R.Cəfərov küçəsində aparılacaq təmir  işləri ilə əlaqədar, həmin küçədə nəqliyyat vasitələrinin hərəkətinə  tətbiq ediləcək  məhdudiyyətə uyğun olaraq 13 sayda müntəzəm marşrutun (7A, 7B, 9, 61, 67, 79, 83, 92, 119, 165, 199, 205 və 211 nömrəli) hərəkəti alternativ küçələrlə təşkil ediləcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.
“Bununla yanaşı 10.10.2022 -ci il tarixdə Ə.Rəcəbli küçəsinin C.Xəndan küçəsi ilə kəsişməsindən “AMOR” şadlıq sarayınadək olan hissədə aparılacaq təmir-bərpa işləri ilə əlaqədar 2 müntəzəm marşrutun (2 və 33 nömrəli) hərəkəti alternativ küçələrlə (C.Xəndan, Ş.Məmmədova, S.S.Axundov küçələri) təşkil ediləcək”, - məlumatda bilirilib.

DİGƏR XƏBƏRLƏR

Top