Krım körpüsündə partlayan yük maşınının sahibi Samir Yusubov danışdı - Yenilənib - Video


İlkin məlumata görə, Krım körpüsündə partlayan yük maşınını 51 yaşlı Azərbaycan əsilli şəxs idarə edib. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Baza” teleqram kanalı məlumat yayıb.
Bildirilib ki, maşının əsl sahibi Mahir Yusubov adlı şəxsdir. Artıq bir ildən çoxdur ki, o, avtomobili qardaşı oğlu Yusubov Samir Seymur oğlu adına qeydiyyat edib.
Ancaq, həmin avtomobillə özü işləməyə davam edib.
Məlumatda bildirilir ki, yaxınları baxışdan keçən videodan sürücünü müəyyən ediblər.
Partlayan yük maşınının sahibi Samir Yusubov isə insidentlə əlaqəsini inkar edib: “Mənim Samir Yusubovun Krım körpüsündə baş verənlərlə heç bir əlaqəm yoxdur".

***16:12

Rusiyalı müstəntiqlər Krım körpüsündə partlayan yük maşınının sahibini müəyyən ediblər. 
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Federasiyası İstintaq Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
"İstintaq Komitəsinin müstəntiqləri istintaq çərçivəsində yük maşınının və onun sahibinin Krasnodar vilayətinin sakini olduğu barədə məlumatları müəyyən edib. Onun yaşadığı yerdə istintaqa başlanılıb. İndi avtomobilin hərəkət marşrutu və digər sənədlər öyrənilir”, - deyə bildirilib.

***15:07
Krım körpüsündə baş verən partlayış nəticəsində 3 nəfər ölüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.
Bildirilib ki, yük maşınının sürücüsünün şəxsiyyəti müəyyən edilib. O, Kuban vilayətinin sakinidir. Sürücünün yaşadığı ünvanda araşdırmalara başlanılıb.

***11:33
Krım körpüsündə dizel yanacağı olan qatarda avtomobilin partlaması nəticəsində yaranan yanğın söndürülüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə TASS-a Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Krım körpüsündə dizel yanacağı olan qatarın yanğını söndürülüb, hazırda açıq yanma yoxdur”, - məlumatda bildirilib.
Qeyd edilib ki, hadisə yerinə 250 nəfər canlı qüvvə və 70 texnika cəlb olunub.

***11:09
Rusiya Prezidenti Vladimir Putin Krım körpüsündə baş vermiş fövqəladə vəziyyətlə bağlı hökumət komissiyasının yaradılması barədə göstəriş verib.
Yeniavaz.com
TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
“Prezident baş nazirə tapşırıb ki, hadisənin səbəblərini aydınlaşdırmaq və nəticələrini tezliklə aradan qaldırmaq üçün hökumət komissiyası yaratsın. Onun tərkibinə həmçinin Krasnodar diyarının və Krımın rəhbərləri, Milli Qvardiyanın, Federal Təhlükəsizlik Xidmətinin, Daxili İşlər Nazirliyinin nümayəndələri də daxil olacaq”, - Peskov bildirib.

***09:00
“Saat 06:05-də (Bakı vaxtı ilə 07:05 – red.) Kerç boğazı ilə nəqliyyat kəsişməsinin dəmir yolu hissəsində (Krım körpüsünün üzərində) yük qatarının quyruğunda yanacaq çəni yanıb. Vaqonların bir hissəsi ilə lokomotiv Kerç stansiyasına gətirilib”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Krım Dəmiryolu Şirkətinin mətbuat xidməti məlumat yayıb.
“Fövqəladə iş aparılır. Hadisənin səbəbləri müəyyənləşdirilir”, - məlumatda bildirilib.
Qondarma Krım Respublikasının rəhbərinin müşaviri Oleq Kryuçkov da hadisə ilə bağlı paylaşım edib.
“İlkin olaraq, bölmələrdən birində yanacaq çəni yanır. Göndərmə tağları zədələnməyib. Səbəblər və nəticələr haqqında danışmaq hələ tezdir. Yanğınsöndürmə işləri davam edir”, - paylaşımda bildirilib.
Baş verən insidentlə əlaqədar Kerç boğazında gəmiçilik bağlanmasa da, körpüdə nəqliyyatın hərəkəti dayandırılıb.

DİGƏR XƏBƏRLƏR

Top