
Polşa Sərhəd Xidməti Rusiyanın Kalininqrad vilayəti ilə sərhəddə perimetrik elektron maneə qurmağa hazırlaşır.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir bu barədə Polşa daxili işlər nazirinin müavini Maçey Vonsik bildirib.
“Gələn ilin büdcəsində bu sərhədə diqqətlə nəzarət etmək üçün nisbətən tez elektron hasar qurmaq üçün vəsait var", - deyə nazir müavini deyib.
Vonsik onu da vurğulayıb ki, hələ də ordunun yerləşdiyi Belarusla sərhədin qorunmasına böyük diqqət yetirilir.
Tətbiqimizi yükləyə bilərsiniz