
Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya Prezidenti Vladimir Putinə ad günü münasibətilə “Belarus” traktoru hədiyyə edib.
Yeniavaz.com xəbər verir ki, hədiyyə barədə Lukaşenko jurnalistlərə məlumat verib.
“Özüm işlətdiyim traktordandır - “Belarus”dur. Ən yaxşısıdır. Əl işidir. Qoşqular milyonlarladır. Buna görə də seçimdən asılıdır. Amma mən Putinə bir qoşqu təklif edəcəyəm – toxumsəpən. Taxıl əkəcəyik. Başqa bir şey də ola bilər. Bu traktor universaldır”, - deyə o qeyd edib.