Yoluxanların sayı açıqlandı


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 90 yeni yoluxma faktı qeydə alınıb, 129 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yeniavaz.com-a verilən məlumata görə, vəfat edən olmayıb.
İndiyədək ölkədə ümumilikdə 822 027 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 811 508 nəfər müalicə olunaraq sağalıb, hazırda 592 aktiv xəstə var. Bu günə qədər 9 927 nəfər vəfat edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 202, bu günə qədər isə ümumilikdə 7 269 145 test icra olunub.

Son gündə koronavirus əleyhinə 728 vaksin vurulub.
Məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 258, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 129, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 299, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 42 nəfərdir.
Qeyd edək ki, ölkədə indiyədək vurulan vaksinlərin ümumi sayı 13 896 627 təşkil edir.

DİGƏR XƏBƏRLƏR

Top