![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2022/1/14/1/d483c3a7-8ef9-4104-8384-46a65694d46e/et-mal-eti-quzu-eti.jpg)
Azərbaycanda mal ətinin yenidən bahalaşdığı deyilir.
Yeniavaz.com xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumatlar yayılıb.
Bildirilir ki, Bakıda ət satışı ilə məşğul olan müəssisələrdə 1-2 manat artım müşahidə olunur.
Qeyd olunur ki, mal ətinin minimum qiyməti hazırda 14 manat, mərkəzdəki obyekt və supermarketlərdə isə 15-16-17 manat təşkil edir.
İstifadəçilər Azərbaycanın digər regionlarında da bahalaşmanın olduğunu bildirirlər.