Bugünkü aksiyada saxlanılan var? - DİN-dən açıqlama + Yenilənib


"Bakıda Rusiya Federasiyasının səfirliyi qarşısında keçirilən aksiyada saxlanılan yoxdur".

Bunu Yeniavaz.com-un sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin şöbə rəisi Elşad Hacıyev bildirib.
Onun sözlərinə görə, aksiya iştirakçılarının ərazidən uzaqlaşdırılmaları təmin olunub.
Qeyd edək ki, Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının üzvü Hüseyn Məlikin aksiya zamanı saxlanılması ilə bağlı iddialar yayılıb.

***15:16
Bakıda Rusiya Federasiyasının səfirliyi qarşısında aksiya keçirilib.
Yeniavaz.com
xəbər verir ki, aksiya Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının təşkilatçılığı ilə baş tutub.
Aksiya rus sülhməramlılarının Qarabağdan çıxarılması tələbi ilə keçirilib.
Sosial şəbəkələrdə aksiya zamanı saxlanılanların olması barədə məlumatlar yayılıb.

DİGƏR XƏBƏRLƏR

Top