"Makrona dedik ki, Türk Birliyinə gəl, amma xanımınla bərabər..." - Video


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa Prezidenti Emmanuel Makronu Türk Birliyinə qoşulmağa dəvət edib.
Yeniavaz.com
xəbər verir ki, o, Praqada baş tutan “Avropa siyasi birliyi” Zirvə Toplantısı çərçivəsində jurnalistlərin bu barədə suallarını cavablandırıb.
“Gələcək, elə dedi. “Hansı mövsümdə gəlim? G20-dən sonra gəlsəm, necə olar?” dedi. Biz də, gəl, dedik. Amma gələrkən xanımınla bərabər gəl. Təbii ki, özü ilə də zarafatlaşdıq. Xanımlar yaxşı anlaşır, amma biz səninlə anlaşa bilmirik dedik”, - Ərdoğan, jurnalistin, "Makronun bu dəvətə reaksiyası nə oldu" sualını cavablandırarkən deyib.

DİGƏR XƏBƏRLƏR

Top