"Bu mənim üçün son dünya çempionatıdır" - Messi


2022 FIFA Dünya Çempionatı argentinalı hücumçu Lionel Messinin karyerasında sonuncu olacaq. 
Yeniavaz.com xəbər verir ki, Messi bu barədə Argentina mətbuatına müsahibəsində deyib:
"Bu, mənim üçün son dünya çempionatıdır? Bəli, təbii ki. Fiziki cəhətdən özümü yaxşı hiss edirəm, bu il turnir öncəsi çox yaxşı hazırlıq keçirə bilərəm. Keçən dəfə alınmadı, çünki məşqlərə gec başladım, ritmsiz oynadım. Qayıdanda zədəm var idi və o startı heç vaxt başa vurmadım”.
Xatırladaq ki, Messinin 35 yaşı var, 2021-ci ilin yayında PSJ-yə keçib. Bundan əvvəl 2003-cü ildən "Barselona"da çıxış edən futbolçu onunla birlikdə on dəfə İspaniya çempionu, yeddi dəfə İspaniya Superkubokunun və ölkə kubokunun qalibi olub, dörd dəfə Çempionlar Liqasının qalibi olub.
 

DİGƏR XƏBƏRLƏR

Top