
Türkiyə İsrailə səfir təyin edib.
Yeniavaz.com "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın təsdiq etdiyi fərmanla Şakir Özkan Torunlar Türkiyənin İsraildəki səfiri olub.
Qeyd edək ki, Ş.Ö.Torunlar 2010-2014-cü illərdə Qüds Baş Konsulu və Fələstinin səfiri vəzifələrində çalışıb.