Taylandda atışma: 24 uşaq öldü - Video


Taylandın şimal-şərqindəki Nonqbualampu əyalətində uşaq mərkəzində atışma nəticəsində 24-ü uşaq olmaqla 36 nəfər ölüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Khaosod” qəzeti məlumat yayıb.
Məlumata görtə, azı 12 nəfər də yaralanıb.
“Reuters” agentliyinin məlumatına görə, ölən uşaqların ən kiçiyinin iki yaşı var. Atəş açan şəxs narkotiklə əlaqəli səbəblərə görə keçən il işdən çıxarılan keçmiş polis zabitidir.
Hücum edən şəxsin həyat yoldaşını və uşağını güllələdiyi, daha sonra isə intihar etdiyi qeyd edilir. Cinayətin motivi hələlik məlum deyil.

DİGƏR XƏBƏRLƏR

Top