Güvən Nəşriyyatı Beynəlxalq Kitab Sərgisində - Video


Ötən gün Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə "Baku Ekspo Mərkəzi"ndə 8-ci Bakı Beynəlxalq Kitab Sərgisi fəaliyyətə başlayıb.
Yeniavaz.com
xəbər verir ki, sərgidə Güvən Nəşriyyatı da iştirak edib.
Güvən Nəşriyyatının koordinatoru Saleh Məmmədli nəşriyyatın sərgidə iştirakı barədə məlumat verib:
“Dövlətimiz tərəfindən kitaba verilən dəstək biz kitabçıları və oxucuları çox sevindirir. Güvən Nəşriyyatı və Dəyər Nəşriyatı olaraq biz də bu gün sərgidə iştirak edirik. Bizim bütün siniflərə aid əlavə dərs resurslarımız mövcuddur. Həm məktəbəqədər, həm ibtidai, həm də ümumorta təhsil səviyyəsində təhsil alan şagirdlər bu resurslardan istifadə edərək öz bilik və bacarıq səviyyələrini yüksəldirlər”.
Qeyd edək ki, sərgidə müxtəlif kitab nəşriyyatçıları, tanınmış simalar, deputatlar, məşhur türkiyəli tarix professoru İlber Ortaylı da iştirak edib.

DİGƏR XƏBƏRLƏR

Top