“Baydenin bu planı ABŞ büdcəsinə 30 milyard dollar zərər vuracaq”


ABŞ Prezidenti Co Baydenin təhsil üçün kredit götürən amerikalıların borc yükünü azaltmaq təklifi yaxın onillikdə ölkə büdcəsinə orta hesabla ildə 30 milyard dollara başa gələcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ABŞ-ın Təhsil Nazirliyi məlumat yayıb. Bildirilib ki, növbəti 30 il ərzində bu planın zərəri cari qiymətlərlə 379 milyard dollar olacaq.
Xatırladaq ki, Bayden avqustun sonunda 10 min 20 min dollar arasında tələbə kreditinin silinməsi proqramını elan edib. ABŞ rəsmiləri 40 milyondan çox insanın tələbə borclarının silinməsi proqramında iştirak edəcəyini gözləyir.

 

DİGƏR XƏBƏRLƏR

Top