Kəlbəcər və Daşkəsəndə daha 230 mina aşkarlandı - Foto


Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı zamanı basdırılan minaların aşkar edilərək zərərsizləşdirilməsi istiqamətində görülən işlər davam etdirilir.

Müdafiə Nazirliyindən Yeniavaz.com-a verilən məlumata görə, erməni diversiya qruplarının Kəlbəcər rayonu ərazisində basdırdığı növbəti 118 ədəd PMN-Э tipli piyada əleyhinə və 4 ədəd TM-62M tipli tank əleyhinə mina, həmçinin Daşkəsən rayonu ərazisində 108 ədəd PMN-Э tipli piyada əleyhinə mina aşkar olunub.
Aşkar edilən bütün minalar mühəndis-istehkamçılarımız tərəfindən təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.
Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri ərazilərimizin minalardan təmizlənməsi üzrə fəaliyyətlərini yüksək peşəkarlıqla icra edir.
 

DİGƏR XƏBƏRLƏR

Top