Yoluxanların sayı açıqlandı - 4 nəfər vəfat etdi


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 108 yeni yoluxma faktı qeydə alınıb, 168 nəfər müalicə olunaraq sağalıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bildirilib ki, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 821 865 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 811 228 nəfər müalicə olunaraq sağalıb, 9925 nəfər vəfat edib, aktiv xəstə sayı 712 nəfərdir.
Ölkədə son sutka ərzində 3863, hazırkı dövrədək isə 7 264 095 test aparılıb.

Bundan əlavə Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 779 vaksin vurulub.
Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 313, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 145, üç və daha çox doza vaksin vurduranların sayı 273, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 48 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 895 043, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 384 404, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 868 155, üç və daha çox doza vaksin vurduranların sayı 3 380 500, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 261 984 təşkil edir.

DİGƏR XƏBƏRLƏR

Top