Kimya üzrə Nobel mükafatının qalibləri elan edildi


İsveç Kral Elmlər Akademiyası 2022-ci il kimya üzrə Nobel mükafatı laureatını açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, sözügedən mükafat “klik kimyası və bioortoqonal kimyanın inkişafına görə” Carolin Bertozzi, Morten Meldal və Berri Şarplessə varilib.
Qeyd edək ki, “Klik kimyası” termini ilk dəfə 2001-ci ildə Şarpless tərəfindən təqdim edilib. Bu konsepsiya fərdi kiçik elementləri birləşdirərək kimyəvi maddələrin sürətli və etibarlı istehsalı üçün uyğunlaşdırılmış kimyəvi reaksiyaları təsvir edir. Konsepsiya çoxlu sayda dərman namizədi strukturlarının yaradılmasına yeni yanaşmaların axtarışı ilə əlaqədar yaradılıb.

DİGƏR XƏBƏRLƏR

Top