Putin Ukrayna ərazilərinin ilhaqını təsdiqlədi


Rusiya Prezidenti Vladimir Putin qondarma Donetsk və Luqansk Xalq Respublikalarının, həmçinin Zaporojye və Xerson vilayətlərinin Rusiya tərkibinə qəbul edilməsi haqqında "müqavilələr"in ratifikasiyası haqqında dörd qanun imzalayıb.
Yeniavaz.com
xəbər verir ki, federasiyanın yeni “subyektləri”nin sərhədləri, onların yarandığı və Rusiya Federasiyasına qəbul edildiyi gün mövcud olan sərhədlərlə müəyyən ediləcək.
Yeni regionların rəhbərləri seçilənə qədər Rusiya qanunlarına uyğun olaraq, onlara Putinin təyin etdiyi müvəqqəti səlahiyyətləri icra edən məmurlar rəhbərlik edəcək.
Regional parlamentlərin seçkiləri 2023-cü ilin sentyabrında keçiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top