Məktəblilər və valideynləri polisə çağırıldı - Ekspertiza təyin olundu


"Sosial şəbəkələrdə məktəblilər arasında baş verən mübahisəni əks etdirən görüntülər araşdırılır". 

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Yeniavaz.com-a bildirilib.
Qeyd edilib ki, məktəbin 9-cu sinif şagirdlərdən biri digərinin ünvanına nalayiq ifadələr işlətdiyi üçün onunla mübahisə edib:
"Hər iki məktəbli valideynləri ilə birgə polis orqanına dəvət olunub və izahatları alınıb. Xəsarətin dərəcəsini müəyyənləşdirmək üçün tibbi ekspertiza təyin olunub. Hazırda faktla bağlı araşdırmalar davam etdirilir".

DİGƏR XƏBƏRLƏR

Top