Səfərbərlik elanından sonra Qazaxıstana 200 mindən çox rusiyalı gəlib


“Rusiyada qismən səfərbərlik elan olunduqdan sonra Qazaxıstana 200 mindən çox rusiyalı gəlib”.

Yeniavaz.com “Sputnik Qazaxıstan”a istinadən xəbər verir ki, bunu Qazaxıstanın daxili işlər naziri Marat Axmetjanov deyib.
“Sentyabrın 21-dən indiyədək Rusiyadan Qazaxıstana 200 mindən çox şəxs gəlib. Bu müddət ərzində isə Qazaxıstanı 147 min nəfər tərk edib”, - nazir vurğulayıb.
O qeyd edib ki, oktyabrın 3-də qonşu ölkənin 7 mindən çox vətəndaşı Qazaxıstana daxil olub, 11 minə yaxını isə ölkədən çıxıb:
“Gələnlər gedirlər. Hamısı miqrasiya xidmətinin nəzarətindədir”.
M.Axmetjanovun sözlərinə görə, Daxili İşlər Nazirliyi sərhədi keçərkən yeni məhdudiyyətlər tətbiq etməyi planlaşdırmır, ölkələr arasında əvvəllər qəbul olunmuş bütün norma və sazişlər fəaliyyətini davam etdirəcək.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin sentyabrın 21-də qismən səfərbərlik edib. Bundan sonra Rusiyanı tərk edənlərin sayı sürətlə artıb.

DİGƏR XƏBƏRLƏR

Top