“ABŞ həm Çinlə həm də Rusiya ilə qarşı-qarşıya gəlməyə hazırdır”


Amerika Birləşmiş Ştatları eyni vaxtda Rusiya və Çin Xalq Respublikasına qarşı çıxmaq əzmindədir. 
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, bunu ABŞ müdafiə katibinin beynəlxalq təhlükəsizlik məsələləri üzrə köməkçisi Selest Uollander Vaşinqtonda Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində çıxışı zamanı deyib.
"Reallıq budur ki, qlobal təhlükəsizlik mühitinə əsaslanaraq, ABŞ, bizim dünya üzrə müttəfiqlərimiz və tərəfdaşlarımız həm Çinlə, həm də zəifləyən Rusiya ilə qarşı-qarşıyadırlar. Buna görə də ABŞ-ın qarşıdurmaya hazırlaşmaqdan başqa çarəsi yoxdur. Bizim üstünlüyümüz ondan ibarətdir ki, qlobal müttəfiqlərimiz və tərəfdaşlıq şəbəkəmiz var, ona görə də tək deyilik. Biz güclü, dayanıqlı iqtisadiyyata malik olmağa davam edirik”, - deyə o qeyd edib.

 

DİGƏR XƏBƏRLƏR

Top