
Azərbaycan-Türkiyə birgə Universitetinin nə vaxt açılacağı bəlli olub.
Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı deyib.
O bildirib ki, bu istiqamətdə hökumətlərarası müzakirələr davam etdirilir.
"2023-cü ildə Türkiyənin müstəqilliyinin 100-cü ildönümündə universitetin açılması nəzərdə tutulur" - deyə səfir qeyd edib.
Tətbiqimizi yükləyə bilərsiniz