Türkiyədə inflyasiya 3 rəqəmli səviyyəyə çatır...


Bu ilin sentyabr ayında Türkiyədə istehlak məhsullarının qiyməti və xidmət tarifləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 83,45% bahalanıb.
Yeniavaz.com
 Türkiyə Statistika İdarəsinə istinadən bildirir ki, bu son 25 ildə qeydə alınan ən yüksək göstəricidir. İnflyasiya səviyyəsi sonuncu dəfə 1997-ci ildə bundan yüksək (99,1%) olub. 
Ən yüksək bahalanma nəqliyyat xidmətlərində qeydə alınıb – 117,66%. 
Bundan başqa ötən ilin sentyabr ayı ilə müqayisdə qida və içkilər 93,05%, ev əşyaları 89,68%, restoran və otellərdə xidmətlər 81,34% bahalanıb. 
Ən az artım rabitə xidmətlərində qeydı alınıb. Rabitə tarifləri son bir ildə 30,76% artıb.
Onu da bildirək ki, hazırda Türkiyə dünyada inflyasiya səviyyəsinin ən yüksək olduğu 6-cı ölkə hesab olunur.

DİGƏR XƏBƏRLƏR

Top