Eyni şəxsin eyni ünvanda təsis etdiyi 4 şirkət ləğv olunur


3 il əvvəl – 2019-cu ildə dövlət qeydiyyatına alınan və eyni şəxsin qanuni təmsilçi olduğu 4 şirkət ləğv olunduğunu elan edib.
Yeniavaz.com
 rəsmi məlumatlara istinadən xəbər verir ki, "TVVZ GROUP" MMC (VÖEN – 1603741091), "RENOVATION GROUP" MMC (VÖEN – 1603723201), "MMK İNŞAAT VƏ TƏCHİZAT" MMC (VÖEN – 1603770311) və "SS-PRODUCT" MMC (VÖEN – 1603727721) ləğv olunduqlarını açıqlayıblar.
Adları qeyd olunan şirkətlərin hüquqi ünvanı Nizami rayonu, Keşlə ŞTQ, Abdulla Mirzəyev, ev. 58-də yerləşir. MMC-lərin nizamnamə kapitalları 10 manat təşkil edir. Şirkətlərin qanuni təmsilçisi Mirzəyev Zaur Sabir oğludur.
 

DİGƏR XƏBƏRLƏR

Top