Bakının bu ərazisində yanğın başlayıb


Bakının Şüvəlan qəsəbəsində açıq ərazidə yanğın başlayıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində açıq ərazidə məişət tullantılarının yanması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

DİGƏR XƏBƏRLƏR

Top